14 mindən artıq vakant iş yeri var - Elektron qaydada müraciət imkanı


Digərləri 08 Noy 2019 14:11:00 236 0

14 mindən artıq vakant iş yeri var - Elektron qaydada müraciət imkanı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasında hazırda 14 200 vakant iş yeri haqqında məlumat var.

Bakı. İlhamə İsabalayeva - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasında hazırda 14 200 vakant iş yeri haqqında məlumat var. Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, ölkədə ixtisaslı işçi qüvvəsinə tələbat olduqca çoxdur: "Hazırda bütün vakansiyaların elektron bazaya daxil edilməsi üçün iş aparılır. Həmçinin ölkədə hansı ixtisaslar üzrə işçilərə daha çox tələbat olduğu barədə təhlillər edilir".