Sabahdan Bakıətrafı kənd və qəsəbələrə gedən avtobuslar buradan yola düşəcək


Digərləri 08 Noy 2019 13:54:00 274 0

Sabahdan Bakıətrafı kənd və qəsəbələrə gedən avtobuslar buradan yola düşəcək

Sabah, noyabrın 9-u səhər saatlarından Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərin istifadəsinə açıq olacaq.

Bu barədə Son.az-a Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, ətraf kənd və qəsəbələr, eləcə də digər müvafiq istiqamətlər üzrə marşrut xətt avtobusları Atletlər kəndinin qarşısında yeni qurulan mərkəzdən hərəkət edəcək.