Azərbaycanda ilk Erasmus+ və Beynəlxalq Proqramlar Ofisi Bakı Ali Neft Məktəbində açılıb FOTO


Digərləri 08 Noy 2019 12:34:00 58 0

Azərbaycanda ilk Erasmus+ və Beynəlxalq Proqramlar Ofisi Bakı Ali Neft Məktəbində açılıb  FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) Kampusunda Erasmus +  və Beynəlxalq Proqramlar Ofisinin (EIPO) açılış mərasimi keçirilib.

Azərbaycanda ilk dəfə BANM-də yaradılmış bu ofis Avropa Birliyi ölkələri və digər tərəfdaş ölkələrdəki universitetlərlə əlaqələrin yaradılması, inkişaf etdirilməsi, beynəlxalq mobillik proqramları çərçivəsində universitetin tələbə, akademik və administrativ işçi heyətinin daha çox beynəlmiləlləşməsini, eyni zamanda ölkənin yerli ali təhsil müəssisələri ilə layihələrin birgə icra olunmasını, eləcə də, bir çox digər fəaliyyətləri hədəfləyir.

Erasmus+ və Beynəlxalq Proqramlar Ofisi Azərbaycan universitetlərinin digər dünya ölkələrinin universitetləri ilə inteqrasiyasının və əməkdaşlığının daha da güclənməsi nəzərdə tutulub.

Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, Milli Erasmus+ Ofisinin, Təhsil Nazirliyinin və 20-dək Azərbaycan universitetinin nümayəndələri iştirak edib.

Təbdirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasmov bildirib ki, Ali Məktəb yaradıldığı tarixdən etibarən, Avropa Birliyi universitetləri ilə əlaqələr davamlı olaraq genişləndirilir. O qeyd edib ki, bu əməkdaşlıqlar bir çox ikili diplom proqramları, ortaq yay məktəblərinin təşkili, mobillik proqramları, potensialın genişləndirilməsi layihələri və digər fəaliyyətləri əhatə edir.

E.Qasımov hazırda Ali Məktəbin Erasmus+ Ka107 Tələbə və İşçi Mübadiləsi proqramları və Potensialın Gücləndirilməsi layihələri üzrə İtaliya, İspaniya, Bolqarıstan, Rumıniya, Yunanıstan, Polşa və Danimarkanın müxtəlif universitetləri ilə əməkdaşlıq etdiyini deyib. "Məlumat üçün bildirim ki, 2018-2019-cu tədris ili ərzində BANM və Avropa Birliyi universitetləri arasında 40-a yaxın mübadilə həyata keçirilib və əməkdaşlıq uğurla davam etdirilməkdədir".

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin proqram rəhbəri Rza Zülfüqarzadə öz çıxışında bildirib ki, Aİ-nin "Erasmus+" proqramı Azərbaycanın ali təhsil müəssisələri, onların müəllim heyəti və tələbələrinin dəstəklənməsi məqsədini daşıyır. "Erasmus+" proqramı Azərbaycan müəllim və tələbələrinə 3-12 ay müddətinə Aİ üzv ölkələrinin ali təhsil müəssisələrində təhsil almaq və ya staj keçmək imkanları təqdim edir. 2014-cü  ildən Azərbaycanda Erasmus+ proqramı və hazırda proqram çərçivəsində 7 layihə icra olunur. Onun sözlərinə görə, Azərbaycan hökuməti sözügedən mübadilə proqramı çərçivəsində ölkəmizi tərəfdaş ölkə kateqoriyasından proqram ölkəsi koteqoriyasına daxil etməyi hədəfləyir. "Fürsətdən istifadə edib bildirim ki, sabah Erasmus+ proqramı çərçivəsində layihələrin qəbulu üzrə növbəti tender elan olunacaq. Hədəflərə və prioritetlərə cavab verən hər bir ali təhsil müəssisəsi tenderdə iştirak edə bilər. Qeyd edim ki, bu il Avropa İttifaqı proqram çərçivəsində layihələrə ayrılan büdcəni 3 dəfə artıraraq 45 milyard avroya çatdırıb ". - deyə R. Zülfüqarzadə vurğulayıb.

Sabah hava dumanlı olacaq like
  • 08 Noy 12:32  
Digərləri Sabah hava dumanlı olacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
Namiq Qaraçuxurlu həyatındakı qadınlardan DANIŞDI: like
  • 08 Noy 12:31  
Şou-biznes Namiq Qaraçuxurlu həyatındakı qadınlardan DANIŞDI:

"Qarşıma çıxan, gözyaşı tökən qadınların əksəriyyəti mənə s

arrow Ətraflı
İşaxtaranlar üçün yeni elektron sistem istifadəyə verildi like
  • 08 Noy 12:31  
Digərləri İşaxtaranlar üçün yeni elektron sistem istifadəyə verildi

Bu gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdi

arrow Ətraflı
Bakıda 6 otaqlı ev yanıb like
  • 08 Noy 12:29  
Digərləri Bakıda 6 otaqlı ev yanıb

Bakıda 6 otaqlı ev yanıb.

arrow Ətraflı
2020ci il yanvarın 1dən enerji içkiləri ilə bağlı qaydalar qüvvəyə minir like
  • 08 Noy 12:24  
Digərləri 2020ci il yanvarın 1dən enerji içkiləri ilə bağlı qaydalar qüvvəyə minir

Yanvarın 1-dən enerji içkilərinin istehsalında hər hansı növ etil spirti

arrow Ətraflı
Bişkekdə güclü PARTLAYIŞIN ardınca yanğın başlayıb like
  • 08 Noy 12:16  
Digərləri Bişkekdə güclü PARTLAYIŞIN ardınca yanğın başlayıb

Qırğızıstanın paytaxtı Bişkekdə partlayış baş verib.

arrow Ətraflı
Xırdalanda "Bayraq yürüşü" keçirilib (VİDEO) like
  • 08 Noy 12:10  
Digərləri Xırdalanda "Bayraq yürüşü" keçirilib (VİDEO)

Xırdalanda 9 noyabr - Azərbaycanın Dövlət Bayrağı Günü münasibəti il

arrow Ətraflı
DYP piyadalara MÜRACİƏT etdi like
  • 08 Noy 12:09  
Digərləri DYP piyadalara MÜRACİƏT etdi

"İlin əvvəlindən bu günə qədər Bakı şəhərində qeydə alınan y

arrow Ətraflı
Bakı Avtovağzalında saxlama kameraları istifadəyə verilib like
  • 08 Noy 12:04  
Digərləri Bakı Avtovağzalında saxlama kameraları istifadəyə verilib

Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) saxlama kameraları yenilən

arrow Ətraflı
2020-ci il yanvarın 1-dən enerji içkiləri ilə bağlı qaydalar qüvvəyə minir like
  • 08 Noy 11:55  
Digərləri 2020-ci il yanvarın 1-dən enerji içkiləri ilə bağlı qaydalar qüvvəyə minir

Yanvarın 1-dən enerji içkilərinin istehsalında hər hansı növ etil spirti

arrow Ətraflı
Azərbaycanda ailə dramı like
  • 08 Noy 11:54  
Digərləri Azərbaycanda ailə dramı

Noyabrın 6-da Xızı rayonu ərazisində baş vermiş ağır yol qəzası nəti

arrow Ətraflı
DYP piyadalara MÜRACİƏT etdi - Əks halda cinayət məsuliyyətinə cəlb  olunacaqlar like
  • 08 Noy 11:50  
Digərləri DYP piyadalara MÜRACİƏT etdi - Əks halda cinayət məsuliyyətinə cəlb olunacaqlar

İlin əvvəlindən bu günə qədər Bakı şəhərində qeydə alınan yol-nə

arrow Ətraflı