Evə girən polislər dəhşətə gəldi


Dünya 08 Noy 2019 11:29:00 307 0

Evə girən polislər dəhşətə gəldi

Nyu-Yorkda dəhşətli qətl hadisəsi baş verib.

Son.az Mirror-a istinadla xəbər verir ki, Yonathan Tedla adlı 46 yaşlı kişi ondan boşanmaq istəyən yoldaşını bu səbəbdən vəhşicəsinə qətlə yetirib.

O, 42 yaşlı həyat yoldaşı Jennifer Schlecht-in başını bədənindən ayırıb, qucağına qoyub. Yonathan daha sonra 5 yaşlı qızının boğazını kəsib və özünü öldürüb.

Hadisə yerinə gələn polislər onu yataq otağında asılı vəziyyətdə tapıblar.

Qadının atası mətbuata açıqlama verən zaman məyus olduğunu bildirib və kürəkəninin qızını dəfələrlə təhdid etdiyini dilə gətirib.

(adsgarden = window.adsgarden || []).push({});