Yeni Kontakt Home mağazasının açılışını qaçırmamaq üçün 3 səbəb: 50%-dək endirimlər, hədiyyələr, əyləncə (FOTO)


Digərləri 08 Noy 2019 10:20:00 247 0

Yeni Kontakt Home mağazasının açılışını qaçırmamaq üçün 3 səbəb: 50%-dək endirimlər, hədiyyələr, əyləncə (FOTO)

8 noyabr saat 20:00-da Kontakt Home-un yeni İnşaatçılar mağazasının rəsmi açılış gecəsinə hamınız dəvətlisiniz!

Bakı. 8 noyabr saat 20:00-da Kontakt Home-un yeni İnşaatçılar mağazasının rəsmi açılış gecəsinə hamınız dəvətlisiniz! Açılış gecəsində sizi bol əyləncə, hədiyyələr, maraqlı texnoloji yeniliklər, ən əsası isə, açılışa özəl 50%-dək endirim və 24 ayadək hissə-hissə ödəniş kampaniyaları gözləyəcək. Loft üslubunda dizayn olunmuş ikimərtəbəli İnşaatçılar mağazasının birinci mərtəbəsində rəqəmsal texnikanın, böyük və kiçik məişət texnikasının genişləndirilmiş çeşidi müştərilərə təqdim olunub. İkinci mərtəbəsi isə bütünlükdə mebel şöbəsi üçün ayrılıb. Burada istənilən zövqə, məkana və büdcəyə uyğun mebellərin böyük çeşidi müştərilərin ixtiyarına verilib. Mağazada maraqlı yeniliklər bununla bitmir. Xiaomi fanatları üçün xüsusi hazırlanmış rəsmi Mi Zone-da ağıllı ev cihazlarını, telefonla idarə edilən çaydan, robot tozsoran, havatəmizləyici və rütubətləndirici kimi futuristik dizayn və funkionallıqlı qadcetləri, eləcə də brendin ən yeni və sevilən smartfon və aksesuarlarını test edə, onlarla yaxından tanış ola bilərsiniz. Yaxud Samsung-un Note seriyasına həsr edilmiş stenddə flaqman model olan Note 10 ilə selfi edə və ya 3D effektlər ilə video çəkdirə bilərsiniz. Gənclər isə həmin vaxt PlayStation Zone-da sevdikləri oyunların dadını çıxara bilər. Dadını çıxarmaq demişkən, mağaza ziyarətçiləri Delonghi Zone-da yeni dəmlənmiş qəhvədən dadaraq mağazanın digər guşələrini gəzə bilər. Bundan başqa, açılış gecəsi boyu xüsusi dəvət edilmiş DJ-in musiqi sədaları altında əylənə, müxtəlif müsabiqələrdə iştirak edərək dəyərli hədiyyələr qazanmaq şansınız olacaq. Gecənin ən maraqlı anlarını “Sehirli güzgü”də şəklinizi çəkərək xatirəyə çevirə bilərsiniz. Bütün bunlardan əlavə yalnız İnşaatçılar mağazasında 8-18 noyabr tarixlərində: