2050ci ilədək bu ölkənin əhalisinin orta yaş həddi 50 olacaq


Dünya 08 Noy 2019 04:30:00 356 0

2050ci ilədək bu ölkənin əhalisinin orta yaş həddi 50 olacaq

Avropa Statistika Agentliyinin məlumatına əsasən, Bolqarıstanda demoqrafik artımın azalması və ölkədən gedənlərin sayının artması ilə əlaqədar 2050-ci ildə Bolqarıstanda orta yaş həddi 50 olacaq.

Qeyd olunub ki, 1990-cı ildən başlayaraq əhalinin orta yaş həddi ildən-ilə artır. 1990-cı ildə orta yaş həddi 35 idisə, 2018-ci ildə bu rəqəm 45-ə çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hazırda Avropa İttifaqında əhalinin orta yaş həddi 43,1-dir. 2050-ci ildə isə bu rəqəm 47-yə çatacağı gözlənilir. Bu baxımdan Bolqarıstanda əhalinin orta yaş həddinin Avropa İttifaqına nisbətən daha çox olacağı proqnozlaşdırılır.