"Məni sevinclə xatırlayın..." FOTO


Digərləri 08 Noy 2019 01:30:00 253 0

"Məni sevinclə xatırlayın..."  FOTO

Nikolay Karaçensov həyatı sevirdi və onun uğrunda da sona qədər mübarizə apardı

Son.az kaspi.az-a istinadən yazını təqdim edir. 

Yaşasaydı noyabrın 1-də Rusiyanın Xalq artisti Nikolay Karaçensovun 75 yaşı tamam olacaqdı. Ancaq onsuz keçən yubileyini ailəsi və sənət dostları məzarının üzərində qoyulan abidəsinin önündə qeyd ediblər. Həyat yoldaşı Lyudmila Porqina aktyorun arzusunu reallaşdıraraq "Məni sevinclə xatırlayın..." sözlərini onun qəbirüstü abidəsinə həkk etdirib. Aktyor istəyirdi ki, onu həmişə həyatsevər, mehriban, xeyirxah, zarafatcıl insan kimi xatırlasınlar...    Teatr və kinonun əfsanəsi   Nikolay Karaçensov - sovet və Rusiya teatr və kinosunun əfsanəsi idi. Tamaşaçılar onu "Nə yardan doyur, nə əldən oyur" "Yunona və Avos", "Kaputsinlər bulvarından gələn adam", "Elektronikanın macəraları" filmlərindən yaxşı tanıyırlar.

Nikolay Petroviç moskvalı idi. Yaradıcı ailədə böyüyüb. Atası Pyotr Yakovloviç RSFSR-in Əməkdar rəssamı idi və uzun illər məşhur "Oqonyok" jurnalında çalışmışdı. Anası Yanina Yevqeniyevna Brunak Moskvanın nüfuzlu teatrlarında quruluşçu baletmeyster işləyirdi. Ölkənin bir çox məşhur teatrlarında tamaşalar səhnələşdirmişdi. Ancaq valideynlərinin nikahı uzun sürmədi. Anası bütün ölkəni gəzdiyi üçün Kolyanı internata verməyə məcbur oldu. Ancaq o, boş vaxtlarını oğlu ilə birlikdə keçirirdi. 

Valideyn genləri hələ məktəb illərindən Nikolayda da özünü göstərməyə başlamışdı. O, bədii özfəaliyyət müsabiqələrində fəal iştirak edirdi. Yuxarı siniflərdə isə uşaq teatr qrupunun iştirakçısı idi. Məktəbi qurtaranda sənət seçimi ilə üz-üzə qalanda o taleyini teatr və kino ilə bağlamaq qərarına gəldi.

Moskva Bədaye Teatrının məktəb- studiyasına daxil oldu. İstedadlı oğlan ən yaxşı məzunların onluğuna düşdü və "Lenkom" Teatrına dəvət olunaraq bütün ömrünü bu sənət ocağına həsr etdi. İstedadlı aktyor teatr səhnəsində bənzərsiz obrazlar yaratdı. Tamaşaçını cəlb etmək, onun məhəbbətini qazanmaq üçünsə aktyora yalnız anlar lazım oldu. İlk rolundan sonra gəncə baş qəhrəmanları həvalə etdilər.    Sevgi macəraları   Nikolay Karaçensov 1960-cı illərdə kino ekranlarında göründü. "Böyük oğul" filmində Yevgeni Leonov, Mixail Boyarski, Svetlana Kruçkova və Natalya Eqorova kimi tanınmış aktyorlarla çəkildi. Bu gün də həmin filmə milyonlarla tamaşaçı baxır.

1970-ci illərin ikinci yarısında Nikolay Karaçensov sovet kinosunun ən çox sevilən aktyorlarından idi. Tamaşaçılar onun ekranda görünməsini səbirsizliklə gözləyirdilər. Aktyorun filmoqrafiyasında 100-dən çox film yer alıb. 

Filmlərində kaskadyorların əməyindən imtina edir, bütün turyukları özü yerinə yetirirdi. O, müğənniliklə də məşğul olurdu. Gərgin qrafikinə baxmayaraq, həmişə festivallarda, münsiflər heyətinin üzvü seçilirdi. Geniş auditoriya üçün çoxlu mahnılar ifa etmişdi. Çəkildiyi filmlərdə də mahnılarını özü oxuyurdu. Ona görə Karaçensovun mahnıları çəkildiyi bədii lentlərinin vizit kartı idi. 

Nikolay Karaçensov 38 illik karyerası dövründə teatr və kinoda saysız-hesabsız rollar oynadı. Ən yaxşı kino işlərini aktyor özü dəyərləndirirdi. "Kinoda ona görə çəkilməmişəm ki, məni küçədə tanısınlar. Ona görə çəkilmişəm ki, insanlara sevinc gətirim" - deyə aktyor bildirirdi. Buna görə aktyor "Həyat dərsləri" filmini yüksək qiymətləndirirdi. 

Aktyorun şəxsi həyatı da karyerası kimi uğurlu olub. 1978-ci ildə doğulan oğlu Andrey valideynlərinin yolunu davam etdirmədi, vəkilliyi seçdi. 

(adsgarden = window.adsgarden || []).push({});