“Yeni nəfəs” adlı konsert proqramı təqdim ediləcək


Digərləri 07 Noy 2019 23:11:00 289 0

“Yeni nəfəs” adlı konsert proqramı təqdim ediləcək

Noyabrın 8-də saat 19:00-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbi 9 noyabr - "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü"nə həsr olunan "Yeni nəfəs" adlı solo konsert proqramı təqdim edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, konsertdə təhsil müəssisəsinin şagirdləri gözəl ifaları ilə çıxış edəcəklər.

Həmçinin məktəbin direktoru, Xalq artisti Fidan Hacıyeva öz ifası ilə azyaşlı şagirdlərə dəstək olacaq.