Ford elektrik krossoverin debüt tarixini açıqlayıb VİDEO


Digərləri 07 Noy 2019 21:30:00 288 0

Ford elektrik krossoverin debüt tarixini açıqlayıb  VİDEO

Ford şirkəti Mustang modelinin üslubunda dizayna malik olan elektrik krossoverinin təqdimat tarixini açıqlayıb. Krossoverin silueti göstərilmiş videoçarxda təqdimat tarixinin 17 noybr olduğu bildirilib.

Son.az autograph.az-a istinadən bildirir ki, yeni krossoverin profilindən onun Ford Mustang kupesinə bənzədiyi aydın görünür: işıq texnikasının cizgiləri və kuzovun formaları bu təsdiq edir. Böyük ehtimalla, dizaynerlər əfsanəvi kupenin radiator barmaqlığının formasından da istifadə edəcəkdirlər. Ford yeni krossover haqqında başqa məlumat verməyib.

(adsgarden = window.adsgarden || []).push({});