PAŞA Bankın nümayəndələri "Ticarətin maliyyələşdirilməsi" təlimində iştirak ediblər


Digərləri 07 Noy 2019 17:42:44 227 0

PAŞA Bankın nümayəndələri "Ticarətin maliyyələşdirilməsi" təlimində iştirak ediblər

PAŞA Bank və "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Ticarətin Maliyyələşdirilməsi" mövzusunda seminar keçirilib.

Bakı. PAŞA Bank və "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Ticarətin Maliyyələşdirilməsi" mövzusunda seminar keçirilib. PAŞA Bankdan Trend-ə verilən məlumata görə, seminar bankın nümayəndə heyəti tərəfindən həyata keçirilib. Tədbirdə Kiçik və Orta Sahibkarlıq seqmentində fəaliyyət göstərən iş adamlarına ixrac-idxalı dəstəkləyəcək alətlər haqqında geniş məlumat verilib. Digər müzakirə olunan mövzular arasında ticarətin maliyyələşdirilməsində maliyyə alətlərinin rolu, təchizat zəncirinin maliyyələşdirilməsi, invosyların və alış sifarişinin maliyyələşməsi məhsulu, ekspress faktorinq məhsulu, ixrac fəaliyyəti üçün nəzərdə tutulan ənənəvi kreditlər və s. oldu.