Yeni ailə quran gənclərə Bayraq hədiyyə ediləcək


Digərləri 07 Noy 2019 17:17:00 307 0

Yeni ailə quran gənclərə Bayraq hədiyyə ediləcək

Gənclər və idman nazirliyinin 9 noyabr - Bayraq günü münasibəti "İradənlə qalib gəl!" şüarı altında həyata keçirdiyi aksiyalar davam edir.

4-5 noyabr tarixdə Tərtərdə və Yardımlıda gənclər tərəfindən açıq mikrafon formatında  müstəqil Azərbaycanın rəmzi olan Bayrağı  tərənnüm edən vətənpərvərlik mahnıları ifa edilib.  

4-8 noyabr tarixlərində Zaqatalada və İsmayıllıda yeni ailə quran gənclərə Dövlət  Bayrağı hədiyyə ediləcəkdir. Bu təşəbbüs ölkəmizdə yeni ənənənin qoyulmasında birinci addımdır.

Biləsuvar və Samux gəncləri "Bayraqdar" intellektual-əyləncəli komanda yarışında iştirak edib. Açıq havada keçirilən bu yarışda məqsəd verilmiş tapşırıqlar əsasında daha çox Bayraq toplamaq olub.

Lerik rayonunda gənclər milli intellektual oyunu olan "Xəmsə" yarışında iştirak edib. Bu dəfə bütün suallar müstəqilliyimiz, dövlətimiz, Bayrağımızla bağlı olumuşdur.