Böyük Britaniyada ilin söz birləşməsi seçilib


Dünya 07 Noy 2019 15:33:00 242 0

Böyük Britaniyada ilin söz birləşməsi seçilib

Böyük Britaniyanın Kollinz izahlı lüğəti 2019-cu ilin söz birləşməsini seçib.

Son.az Trend-ə istinadən xəbər verir ki, lüğətin versiyasına əsasən həmin ifadə "climate strike" (iqlim tətili) olub.

Lüğətdə qeyd olunur ki, "iqlim tətili" adı 2015-ci il Paris iqlim konfransının ildönümünə həsr olunmuş və bu ilin sentyabrında keçirilmiş tətillərə verilib.

(adsgarden = window.adsgarden || []).push({});