"Azərbaycanda yağıntıların az olması bir neçə rayonda su mənbələri ilə bağlı çətinlik yaradıb"


Digərləri 07 Noy 2019 11:45:00 320 0

"Azərbaycanda yağıntıların az olması bir neçə rayonda su mənbələri ilə bağlı çətinlik yaradıb"

Azərbaycanda, xüsusən yay aylarında yağıntıların az olması ilə bağlı bir neçə rayonda su mənbələri ilə bağlı çətinlik olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

Q.Hüseynov bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə həmin rayonlarda alternativ su mənbələrinin yaradılmasına başlandı.

Onun sözlərinə görə, artıq Gədəbəy və Lerikdə bu işlər başa çatıb, Şəki, Şamaxı, Tovuz rayonlarında isə bu işlər gələn il başa çatacaq.