Tramp Ərdoğanla telefon söhbəti haqqında danışıb


Dünya 07 Noy 2019 08:38:00 292 0

Tramp Ərdoğanla telefon söhbəti haqqında danışıb

ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanla "çox gözəl telefon söhbəti" barədə danışıb.

Son.az Trend-ə istinadən bildirir ki, söhbət xüsusən İŞİD terrorçularının tutulması, Suriya ilə sərhəddəki vəziyyət barədə olub.

D.Tramp yazıb: "Mən indicə Türkiyə prezidenti ilə çox gözəl söhbət etdim. O mənə bildirdi ki, onlar (türk hərbçiləri) münaqişə zamanı qaçdığı bildirilən bir neçə İŞİD silahlısını, o cümlədən terrorçu-qatilin (İŞİD lideri Əbu Bəkr) əl-Bağdadinin arvadını və bacısını tutublar".