Yaşı 18dək olan analar tərəfindən doğulan


Digərləri 07 Noy 2019 08:39:00 287 0

Yaşı 18dək olan analar tərəfindən doğulan

Azərbaycanda yaşı 18-dək olan analar tərəfindən doğulan uşaqların sayı azalıb.

Son.az Trend-ə istinadən bildirir ki, 2018-ci ildə Azərbaycanda yaşı 18-dək olan analar tərəfindən 2129 uşaq doğulub. Bu göstərici 2017-ci ildə 2421, 2016-cı ildə 2 809, 2015-ci ildə 2 895, 2014-cü ildə 3 296 uşaq olub.

Ötən il yaşı 18-dək olan analar tərəfindən doğulan uşaqların sayı azalsa da, onların sayı 2000-ci illərin əvvəli ilə müqayisədə çoxdur.

2000-ci ildə 1 864, 2001-ci ildə 1 774, 2002-ci ildə 1 903, 2003-cü ildə 1 962 uşaq yaşı 18-dək olan analar tərəfindən dünyaya gətirilib.

Son illər ərzində Azərbaycanda 18 yaşadək analar tərəfindən ən az uşağın doğulduğu il isə 2001-ci il olub.

18 yaşadək analar tərəfindən ən çox uşaq 2011-ci ildə doğulub. Həmin ildə 4 392 yenidoğulmuşun anası yaşı 18-dək olan qadınlar olub.