Liviya miqrasiya memorandumunu yenidən nəzərdən keçirməyə razılıq verib


Dünya 07 Noy 2019 07:47:00 256 0

Liviya miqrasiya memorandumunu yenidən nəzərdən keçirməyə razılıq verib

Liviya Milli Razılıq Hökuməti İtaliya ilə qanunsuz miqrasiyaya dair əməkdaşlıq memorandumunu yenidən nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İtaliyanın Daxili İşlər Naziri Luçana Lamorcese deyib.

İtaliya və Liviya arasında qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında memorandum 2017-ci ilin fevral ayında imzalanıb. Sənəd insan alveri və qaçaqmalçılıqla mübarizə, sərhədlərin möhkəmləndirilməsi və qanunsuz keçilməsinin qarşısının alınması sahələrində əməkdaşlığın genişləndirilməsini təmin edib. Memorandumun müddəti 2020-ci ilin fevralında bitməlidir.

L.Lamorcese İtaliya Parlamentinin Deputatlar Palatasında çıxış edərək, İtaliyanın Liviya tərəfinə təqdim etmək niyyətində olduğu "Operativ Humanitar Planı"nı təqdim edib.