Təbii fəlakət Yaponiyaya 2,3 milyard dollar ziyan vurub


Dünya 06 Noy 2019 23:33:00 301 0

Təbii fəlakət Yaponiyaya 2,3 milyard dollar ziyan vurub

Təbii fəlakət Yaponiyanın kənd, meşəçilik və balıqçılıq təsərrüfatlarına 2,3 milyard dollardan çox ziyan vurub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, oktyabrın 12-də Yaponiya sahillərinə çatan "Hagibis" tufanı nəticəsində bu sahələrə dəyən ziyan 1 milyard 800 milyon dolları ötüb.

Nazirliyin noyabrın 6-da dərc etdiyi hesabatda tufan və bundan bir həftə sonra baş verən tropik yağışların vurduğu maliyyə zərəri barədə məlumatlar öz əksini tapıb.

Bildirilir ki, bu, son rəqəm deyil və həmin zərərin məbləği xüsusən çayların daşdığı rayonlarda artacaq.