RostovBakı marşrutunda xəsarət alanlardan 1i Stovropola köçürüldü


Dünya 06 Noy 2019 20:14:00 261 0

RostovBakı marşrutunda xəsarət alanlardan 1i Stovropola köçürüldü

"Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan 8 nəfərdən 1-i Stovropol Xəstəxanasına köçürülüb".

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyev deyib.

Onun sözlərinə görə, həmin şəxs Həşimov Babaşah Ağamalı oğludur. Hazırda onun vəziyyəti kafidir.

Hadisə nəticəsində xəsarət alanlar - sürücü, 1967-ci il təvəllüdlü Vəliyev Aydın Cavanşir oğlu, 1971-ci il təvəllüdlü Sənubər Turabova, 1997-ci il təvəllüdlü Əbdurrahmanov Eyyub Cabbar oğlu, 1962-ci il təvəllüdlü Baxışov Fikrət Məmmədzadə oğlu, 1995-ci il təvəllüdlü Sultanov Cəmil Ramazan oğlu, Abdullayeva Şahiyə Malik qızı və və Mütəllimov Qələmşah Mütəllim oğlunun isə müalicələri Blaqodarnıy Xəstəxanasında davam etdirilir. Onlardan 2-i reanimasiyadadır, vəziyyətləri orta-ağır qiymətləndirilir.