Bir qrup televiziya və radio işçilərinə fəxri adlar verilib


Digərləri 06 Noy 2019 19:50:00 238 0

Bir qrup televiziya və radio işçilərinə fəxri adlar verilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Bakı. Prezident İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında televiziya və radio sahəsinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin: “Əməkdar jurnalist” Əzimova Mətanət Əlirasim qızı Hüseynov Murad Məhəmməd oğlu Xəlilov Vüqar Nəriman oğlu İsgəndərov Sahil Məmməd oğlu İsmayılov Rasim Mustafa oğlu Qafarova Aynurə Vəli qızı Məhərrəmova Afət Telman qızı Məmmədli Mahir Rafət oğlu Məmmədova Gözəl Dağbəyi qızı. “Əməkdar mədəniyyət işçisi” Babayev Faiq Həsənağa oğlu Əsgərov Mahəddin İsax oğlu Fərəcov Ənvər Çingiz oğlu Hacıyev Ramin Zahid oğlu Həsən-zadə Rövnəq İmran oğlu Şahbazov Hikmət Məmmədağa oğlu Vəliyev Vüqar Tariyel oğlu. “Əməkdar incəsənət xadimi” Axundov Vasif Hafis oğlu. “Əməkdar artist” Cəfərov Səbuhi Aslan oğlu. “Əməkdar mühəndis” Ağalarov Faiq Seyidağa oğlu Seyidov Nofəl Rəsul oğlu. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin