Avtoservisdən qaçırdığı “Mercedes”i işıq dirəyinə vurub qəza törətdi


Digərləri 06 Noy 2019 19:42:00 222 0

Avtoservisdən qaçırdığı “Mercedes”i işıq dirəyinə vurub qəza törətdi

Bakıda avtoservislərin birindən “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bakı. Samir Əli - Bakıda avtoservislərin birindən “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 5-də saat 3 radələrində paytaxtın Nizami rayonu ərazisindəki avtoservislərin birindən Bakı şəhər sakini A.Xəlilova məxsus “Mercedes” markalı avtomobil qaçırılıb və Xəzər rayonunun Binə qəsəbəsi ərazisində idarə edilərkən işıq dirəyinə vurulub. Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, həmin avtoservisdə usta işləyən Ə.Əliyev saxlanılıb. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin