“Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb


Digərləri 06 Noy 2019 16:44:00 329 0

“Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb

Noyabrın 5-də IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.

Son.az xəbər verir ki, IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, Nizami rayonu, R.Rüstəmov 35, 37, 39 və Qara Qarayev prospekti 63 ünvanlarında 950 nəfər sakinin yaşadığı dörd ədəd binanı əhatə edir.

"Bizim həyət" layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə süni örtüklü mini futbol meydançası, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançası salınıb. Eyni zamanda, ərazidə 8 ədəd söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.