Terrorçulara qoşulan Günəş Suriyada öldürüldü


Dünya 06 Noy 2019 16:49:00 279 0

Terrorçulara qoşulan Günəş Suriyada öldürüldü

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında daha bir antiterror əməliyyatı həyata keçirib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, zərərsizləşdirilən bir neçə terrorçu arasında gənc qız Ceren Günəş də var.

Məlumata görə, Muğlada PKK terror qruplaşmasının üzvləri ilə tanış olan Günəş daha sonra təşkilata qatılıb. O, dağa çıxaraq PKK-çılardan təlim görüb, ardından Suriyanın şimalına yollanıb. YPG-nin uniformasını  geyinərək dəfələrlə təhlükəsizlik qüvvələri ilə atışmaya girib.