"Türkiyənin problemi kürdlərlə deyil, PKK ilədir"


Dünya 06 Noy 2019 15:55:00 305 0

"Türkiyənin problemi kürdlərlə deyil, PKK ilədir"

Türkiyənin əvvəldən bəri Suriyadakı kürdlərlə problemi yoxdur, sadəcə, PKK ilə problemi var.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Ərbildəki Yaxın Şərq Araşdırma İnstitutu (MERI) tərəfindən təşkil edilən paneldə Suriya və PKK ilə əlaqədar İraq Kürd Regional Muxtariyyətinin baş naziri Nəcirvan Bərzani deyib.

N.Bərzani Türkiyə tərəfinin "Biz heç bir şəkildə Suriya ilə sərhədlərimizdə PKK əsgilərini həzm edə bilmərik" mövqeyinin ona çatdırıldığını bildirib:

"Bunun Suriyadakı qardaşlarımız üçün də böyük bir təhlükə olduğunu söyləməyə çalışdıq".

PKK-nın Suriyadakı mövcudluğuna reaksiya göstərən Bərzani eyni zamanda qeyd edib ki, "yeganə istəyimiz kürdlərin PKK ilə aralarına məsafə qoymalarıdır. PKK özünü Suriya kürdləri vasitəsilə legitimləşdirmək istədi və təəssüf ki, bu gün bu nöqtəyə gəlib çıxıldı".