RİH başçısının müavini: Nəsiminin yubileyi münasibətilə Zərdabda əkiləcək ağaclar baramaçılığın inkişafına təkan verəcək


Digərləri 06 Noy 2019 15:45:00 242 0

RİH başçısının müavini: Nəsiminin yubileyi münasibətilə Zərdabda əkiləcək ağaclar baramaçılığın inkişafına təkan verəcək

Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Zərdabda əkiləcək ağaclar rayonda baramaçılığın inkişafına daha da təkan verəcək.

Bakı. İlhamə İsabalayeva - Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Zərdabda əkiləcək ağaclar rayonda baramaçılığın inkişafına daha da təkan verəcək. Bunu Trend-ə Zərdab Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Pərvin Mahmudova deyib. Onun sözlərinə görə, bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Zərdab rayonunda 35 min ağac əkiləcək. P.Mahmudova qeyd edib ki, həmin gün tut tingləri, eyni zamanda həmişəyaşıl ağaclar, meyvə ağacları, gül kolları əkiləcək: “Amma daha çox tut tinglərinin əkilməsinə üstünlük veriləcək. Çünki Zərdabda baramaçılıq inkişaf etdiyi üçün burada tut tinglərinin əkilməsi daha faydalı olar. Tut tinglərinin əkilməsi Zərdabda baramaçılığın inkişafına daha da təkan verəcək”. (adsgarden = window.adsgarden || []).push({}); RİH başçısının müavini ağacəkmə işlərinin təxminən 30 hektar ərazidə aparılacağını da söyləyib. Artıq əkinə hazırlıq üçün ərazilər hamarlaşdırılıb, quyular qazılıb. Qeyd edək ki, noyabrın sonunda Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü həyata keçiriləcək. Azərbaycanın tarixində ilk dəfədir ki, bir gün ərzində bu qədər çox sayda ağac əkiləcək. Bütün ağaclar Meşə Təsərrüfatı Mərkəzlərinin və Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin 17 tinglik sahəsində yetişdirilib. Əkiləcək ağaclar arasında həm meşə cinsli, həm də meyvə ağacları olacaq. Kütləvi ağacəkmə tədbirinin keçiriləcəyi bir gündə əsasən xan çinarı, Eldar şamı, sərv, akasiya, söyüd, göyrüş, iydə, zeytun, qarağac, əncir, qovaq, şaftalı, gavalı, alma, cökə, qızılağac, saqqız, katalpa, çinar, nar və s. əkiləcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin