Salyan və Şəki sakinlərindən silah götürülüb


Digərləri 06 Noy 2019 14:32:00 230 0

Salyan və Şəki sakinlərindən silah götürülüb

Salyan və Şəki sakinlərindən silah götürülüb

Bakı. Salyan və Şəki sakinlərindən silah götürülüb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xalac kənd sakini M.Abıyevin evindən müvafiq sənədləri olmayan “TOZ-B” markalı ov tüfəngi aşkar edilərək götürülüb. Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini Q.Həmidovdan müvafiq sənədləri olmayan “İJ-K” markalı ov tüfəngi aşkar edilərək götürülüb. (adsgarden = window.adsgarden || []).push({}); Hər iki faktla bağlı araşdırma aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin