Gecə saatlarında Bakıda sürücüyə qarşı quldurluq edən şəxs saxlanıldı


Digərləri 06 Noy 2019 14:37:00 226 0

Gecə saatlarında Bakıda sürücüyə qarşı quldurluq edən şəxs saxlanıldı

Bakıda sürücüyə qarşı quldurluq edən şəxs saxlanılıb.

Bakı. Samir Əli - Bakıda sürücüyə qarşı quldurluq edən şəxs saxlanılıb. Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində baş verib. Noyabrın 6-da saat 00:30 radələrində Nəsimi rayonu Cavadxan küçəsində E.Cəfərova məxsus avtomobildə onu bıçaqla hədələyərək quldurluq yolu ilə avtomobili ələ keçirmək istəyib. E.Cəfərovun şikayəti əsasında hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən, paytaxt sakini 1987-ci il təvəllüdlü C.Zeynalov tutulub. Araşdırmalar zamanı məlum olub ki, C.Zeynalov əvəllər Cinayət Məcəlləsinin 221, 177, 234-cü maddələri ilə məhkumluq həyatı yaşayıb və 2015-ci ildən azadlığa buraxılıb. (adsgarden = window.adsgarden || []).push({}); Bakı Şəhər Baş Polis İdarəsinn Mətbuat xidmətindən Trend-ə faktı təsdiqləyiblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin