Uşaqlar arasında ən çox rast gəlinən pozuntular: Görmə zəifliyi, skolioz və danışıq qüsuru


Digərləri 06 Noy 2019 08:07:00 292 0

Uşaqlar arasında ən çox rast gəlinən pozuntular: Görmə zəifliyi, skolioz və danışıq qüsuru

Azərbaycanda son illər ərzində uşaqların profilaktik müayinəsi aparılarkən onlarda daha çox görmə qabiliyyətinin zəifləməsi, danışığında qüsurun olması, onurğa sütununda skoliozun aşkarlanması ilə bağlı problemlər aşkarlanır.

Son.az Trend-ə istinadən bildirir ki, 2018-ci ildə Azərbaycanda 2 milyon 430 min 900 uşaq profilaktik müayinəyə cəlb edilib.

Onların 2000 nəfərində eşitmə qabiliyyətinin, 13400 nəfərində görmə qabiliyyətinin zəif olduğu, 2300 nəfərində danışığının qüsurlu olduğu, 2600 nəfərində skolioz aşkarlanıb.

Qeyd edək ki, sadalanan hallar son illər ərzində uşaqlar arasında ən çox rast gəlinən pozuntu hallarıdır.

2015-ci ildə isə müayinə olunan 2 milyon 412 min 400 uşağın 2000 nəfərində eşitmə, 9100 nəfərində görmə qabiliyyətinin zəif olduğu, 2000 nəfərində danışığın qüsurlu olduğu, 2100 nəfərinin skoliozlu olduğu məlum olmuşdu.

2015-ci ildə qaməti pozulmuş 1200, 2016-cı ildə 1600, 2017-ci ildə 1600 uşaq aşkarlanmışdı.

2016-cı ildə isə müayinə olunan 2 milyon 460 min 400 nəfər uşağın 2200 nəfərində eşitmə qabiliyyətinin, 10 100 nəfərində görmə qabiliyyətinin zəif olduğu, 2500 nəfərində danışığın qüsurlu olduğu, 2800 nəfərin skoliozlu olduğu məlum olmuşdu. 2017-ci ildə Azərbaycanda 2 milyon 457 min 400 uşaq profilaktik müayinə edilib ki, onların 2000 nəfərində eşitmə qabiliyyətinin, 13 300 nəfərində görmə qabiliyyətinin zəif olduğu, 2800 nəfərində danışığının qüsurlu olduğu, 3 000 nəfərində skolioz aşkarlanıb.

Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva məktəblərdə şagirdlər arasında skolioz və kifoz xəstəliklərinin sayının artmasından narahatlığını bildirib.

Azərbaycan Tibb Universitetinin neyrocərrahlıq kafedrasının əməkdaşı, Tədris Cərrahiyyə Klinikasının neyrocərrahı Cəmil İskəndərov Trend-ə deyib ki, onurğa problemi ilə bağlı hər gün yalnız ona 30-40 nəfər müraciət edir.