Türkiyədə PKK terrorçuları zərərsizləşdirilib


Digərləri 06 Noy 2019 06:13:13 204 0

Türkiyədə PKK terrorçuları zərərsizləşdirilib

Türkiyənin Diyarbəkir vilayətində 3 PKK terrorçusu zərərsizləşdirilib

Bakı. Türkiyənin Diyarbəkir vilayətində 3 PKK terrorçusu zərərsizləşdirilib. Trend-in məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi bildirib. Jandarma Komandanlığı tərəfindən həyata keçirilən hava əməliyyatı zamanı üç PKK terrorçusunun zərərsizləşdirildiyi bildirilir. Regionda əməliyyat davam edir. (adsgarden = window.adsgarden || []).push({}); Xatırladaq ki, Türkiyə ilə müstəqil Kürd dövlətinin yaradılmasını tələb edən PKK arasındakı münaqişə 35 ildən çox davam edir və 40 mindən çox insanın həyatına son qoyub. PKK, BMT və Avropa Birliyi tərəfindən terror təşkilatı kimi tanınıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin