Ukrayna hökuməti ikili vətəndaşlıq konsepsiyasının tətbiq edilməsi yollarını nəzərdən keçirir


Dünya 06 Noy 2019 00:45:00 289 0

Ukrayna hökuməti ikili vətəndaşlıq konsepsiyasının tətbiq edilməsi yollarını nəzərdən keçirir

Ukrayna hökuməti ikili vətəndaşlıq konsepsiyasının tətbiq edilməsi yollarını təhlil edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Ukraynanın Xarici İşlər nazirinin müavini Vasili Bodnar bunu jurnalistlərə müsahibəsində söyləyib.

V.Bodnar deyib: "İlk növbədə hazırda qüvvədə olan qanunvericilikdə üç məhdudiyyət ləğv edilməlidir. Bu məhdudiyyətlər Ukrayna sakinlərini indiki vəziyyətdə başqa bir ölkənin vətəndaşlığını almaq üçün öz vətəndaşlığından məhrum olmağa məcbur edir və ya əksinə, mənşəcə ukraynalı olan insanların Ukrayna pasportu almasına imkan vermir".

Onun fikrincə, ikinci yol əcnəbi vətəndaşların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına və müxtəlif orqanların işində iştirak etməsinə imkan yaradılması, Ukrayna dilinin pulsuz öyrənilməsi və peşə təhsili sahəsində onlara imtiyazlar verilməsidir.

Nazir müavini daha sonra bildirib ki, Ukraynada ikili vətəndaşlığın tətbiq edilməsi prosesi artıq praktiki mərhələyə qədəm qoyub.