İranda iqtisadi təhlükəsizlik polisi yaradılıb


Digərləri 05 Noy 2019 19:42:00 315 0

İranda iqtisadi təhlükəsizlik polisi yaradılıb

İranın 13 gömrük-keçid məntəqəsində iqtisadi təhlükəsizlik polisi fəaliyyətə başlayıb.

Bakı. Elnur Bağışov - İranın 13 gömrük-keçid məntəqəsində iqtisadi təhlükəsizlik polisi fəaliyyətə başlayıb və bununla əlaqədar işlər gələn ilin martına qədər yekunlaşacaq. Trend-in məlumatına görə, bunu İranın hüquq-mühafizə orqanının polis rəisi Hüseyn Əştəri jurnalistlərə açıqlamasında deyib. H.Əştərinin sözlərinə görə, gömrük-keçid məntəqələrində fəaliyyətə başlayan iqtisadi təhlükəsizlik polisi qısa müddət ərzində iqtisadi fəsadlar, qaçaqmalçılıqla mübarizədə ciddi addımlar atıb.