SOCAR Neft Daşlarında yeni sahələr quraşdıracaq


Digərləri 05 Noy 2019 18:33:19 417 0

SOCAR Neft Daşlarında yeni sahələr quraşdıracaq

Neft Daşlarında yaxın illərdə 5 yeni istehsalat sahəsinin quraşdırılması planlaşdırılır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov Neft Daşlarının 70 illiyinə həsr olunmuş media-tur zamanı deyib.

Onun sözlərinə görə, bu sahələrdə 60-70 hasilat quyusunun qazılacağı nəzərdə tutulur.

Qeyd edək ki, Neft Daşlarının mövcud olduğu dövrdə burada 333 istehsalat sahəsi quraşdırılıb və 2 minə yaxın quyu qazılıb.