Azərbaycan dəniz limanları xidmətlərinin səmərəliliyi üzrə MDB ölkələri arasında liderdir


Digərləri 05 Noy 2019 18:30:00 296 0

Azərbaycan dəniz limanları xidmətlərinin səmərəliliyi üzrə MDB ölkələri arasında liderdir

Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı "Qlobal rəqabətqabiliyyətlilik indeksi"nin "Dəniz limanları xidmətlərinin səmərəliliyi" göstəricisində 25-ci yer tutaraq MDB ölkələri arasında lider olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, reytinqdə Rusiya 47-ci, Qazaxıstan 99-cu yeri tutaraq MDB ölkələri arasında müvafiq olaraq ikinci və üçüncü olub.

MDB ölkələri arasında Moldova 127-ci, Qırğızıstan 138-ci, Tacikistan 139-cu yerdə qərarlaşıb.

Reytinqdə birinci yeri Sinqapur tutub.