Azərbaycan "innovativ şirkətlərin artımı” göstəricisində 21-ci yeri tutub


Digərləri 05 Noy 2019 18:06:00 255 0

Azərbaycan "innovativ şirkətlərin artımı” göstəricisində 21-ci yeri tutub

Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı “Qlobal rəqabətqabiliyyətlilik indeksi”nin “İnnovativ şirkətlərin artımı” göstəricisində 141 ölkə arasında 21-ci yeri tutub.

Bakı. Nərgiz Sadıxova - Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı “Qlobal rəqabətqabiliyyətlilik indeksi”nin “İnnovativ şirkətlərin artımı” göstəricisində 141 ölkə arasında 21-ci yeri tutub. Trend-in məlumatına görə, Azərbaycan bu göstəricidə Kanada (25-ci yer), Avstraliya (28-ci yer), Yaponiya (30-cu yer), Fransa (31-ci yer) kimi ölkələri geridə qoyub. Bu reytinqdə birinci yerdə İsrail qərarlaşıb.