Medvedevin müavininin təyyarəsi Estoniyaya buraxılmadı


Dünya 05 Noy 2019 17:14:00 220 0

Medvedevin müavininin təyyarəsi Estoniyaya buraxılmadı

Estoniya hökuməti Rusiya Baş nazirinin müavini Yuri Borisovun olduğu təyyarənin ərazisindən keçməsinə icazə verməyib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib. 

Onun sözlərinə görə, insident bu ilin oktyabrında baş verib.

"Rəsmi Moskva Estoniya hakimiyyətinin bu cür hərəkətlərini ikitərəfli münasibətlər qurarkən nəzərə alacaq", - o vurğulayıb.