Bakıda qadına qarşı quldurluq edən 2 qardaşa 16 il cəza verildi


Digərləri 05 Noy 2019 16:54:00 315 0

Bakıda qadına qarşı quldurluq edən 2 qardaşa 16 il cəza verildi

Bakıda qadını bıçaqla hədələyərək quldurluq etməkdə təqsirləndirilən Nurlan Həsənzadə və Ruslan Həsənzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, prosesdə çıxış edən prokuror təqsirləndirilən şəxslərin hər birinin 9 il azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra məhkəmə hökmü elan olunub. Təqsirləndirilən şəxslərin hər biri 8 il azadlıqdan məhrum ediliblər.

İttihama görə, iki qardaş olan təqsirləndirilən şəxslər bu il aprelin 28-də Binəqədi rayonunda A.Kunanbayev küçəsində qadına qarşı zor tətbiq edərək qızıl boyunbağısını alıblar. Onlardan biri qadını bıçaqla hədələyib, digəri isə arxadan boyunbağını açaraq götürüb.