Azərbaycan kiçik və orta biznesin maliyyələşdirilməsi reytinqində 24-cü oldu


Digərləri 05 Noy 2019 16:51:52 228 0

Azərbaycan kiçik və orta biznesin maliyyələşdirilməsi reytinqində 24-cü oldu

Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı “Qlobal rəqabətqabiliyyətlilik indeksi”nin “Kiçik və orta biznesin maliyyələşdirilməsi” göstəricisində 141 ölkə arasında 24-cü yerdə qərarlaşıb

Bakı. Nərgiz Sadıxova - Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı “Qlobal rəqabətqabiliyyətlilik indeksi”nin “Kiçik və orta biznesin maliyyələşdirilməsi” göstəricisində 141 ölkə arasında 24-cü yerdə qərarlaşıb. Trend-in məlumatına görə, Azərbaycan bu göstəricidə Danimarka (25-ci yer), Kanada (27-ci yer), Belçika (30-cu yer) kimi ölkələri qabaqlayıb. Azərbaycan reytinqdə həmçinin qonşu ölkələri də qabaqlayıb. Belə ki, bu siyahıda Türkiyə 63-cü, Gürcüstan 83-cü, Rusiya 118-ci, İran isə 126-cı yeri tutub.