Bakıda üç yeniyetmə qız itkin düşüb


Digərləri 05 Noy 2019 16:33:00 304 0

Bakıda üç yeniyetmə qız itkin düşüb

Son üç gündə Bakıda üç yeniyetmə qız itkin düşüb. 

Son.az xəbər verir ki, bununla bağlı oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 

Belə ki, noyabrın 3-də saat 06:30 radələrində Yasamal rayonu V.Əliyev küçəsi ev 69-da yaşayan 2002-ci il təvəllüdlü Ayşən Münasib qızı Məmmədova, noyabrın 4-də saat 19:00 radələrində Yasamal rayonu Şərifzadə küçəsi ev 42 mənzil 328-də yaşayan 2001-ci il təvəllüdlü Aytac Qubad qızı Qəhrəmanova, həmin gün saat 09:00 radələrində Xətai rayonu S.Əhmədov küçəsi, ev 6-da yaşayan 2003-cü il təvəllüdlü Xavər Elman qızı Adışova evdən çıxıb və geri qayıtmayıb.