Bakının 3 şagirdi beynəlxalq yarışlarda qızıl medal qazanıb (FOTO)


Digərləri 05 Noy 2019 15:45:00 227 0

Bakının 3 şagirdi beynəlxalq yarışlarda qızıl medal qazanıb (FOTO)

Paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlarda qızıl medal qazanıblar.

Bakı. İlhamə İsabalayeva - Paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlarda qızıl medal qazanıblar. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, 20 nömrəli məktəb-liseyin III sinif şagirdi Nilufər Oruclu Gürcüstanda gimnastika üzrə keçirilən beynəlxalq yarışda uğurlu çıxışına görə bütün rəqiblərini geridə qoyaraq I yerə layiq görülüb. Final mərhələsində erməni idmançıya qalib gələn məktəbli qızıl medal və diplomla mükafatlandırılıb. Paytaxtdakı 202 nömrəli tam orta məktəbin X sinif şagirdi Fidan Musayeva karate idman növü üzrə 63 kiloqram çəki dərəcəsində Makedoniyada keçirilən XI Avropa çempionatında qalib gəlib. F.Musayeva qızıl medal və diploma layiq görülüb. (adsgarden = window.adsgarden || []).push({}); 71 nömrəli tam orta məktəbin IV sinif şagirdi Osman Osmanov cüdo idman növü üzrə Türkiyədə keçirilən beynəlxalq turnirdə 24 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu qalibiyyətinə görə məktəbli qızıl medalla təltif olunub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin