Rostov-Bakı marşrutundakı qəzada xəsarət alanlardan 2-si reanimasiyaya yerləşdirildi


Digərləri 05 Noy 2019 16:15:00 197 0

Rostov-Bakı marşrutundakı qəzada xəsarət alanlardan 2-si reanimasiyaya yerləşdirildi

Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan 8 nəfərdən 2-si reanimasiyaya yerləşdirilib.

Bakı. Samir Əli - Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan 8 nəfərdən 2-si reanimasiyaya yerləşdirilib. Bunu Trend-ə açıqlamasında Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyev deyib. Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan digər 6 nəfər isə xəstəxananın travmotologiya şöbəsindədir: "Həkimlərin dediyinə görə, xəsarət alanların həyatı təhlükəsi yoxdur. Müalicə dövlət səviyyəsində nəzarət altında davam etdirilir. Sabah xəstələrdən 2-i Stovropol Xəstəxanasına köçürüləcək". Xatırladaq ki, Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusu noyabrın 4-də axşam saat 19:10 radələrində qəzaya uğrayıb. Qəza Budyonovski yaxınlığında Blaqodarnıy qəsəbəsində baş verib. Hadisə nəticəsində 8 azərbaycanlı xəsarət alıblar. (adsgarden = window.adsgarden || []).push({}); Qəzanın hansı şəraitdə və hansı səbəbdən baş verməsi hələ məlum deyil. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin