Türkan qəsəbəsi qazsız qalıb - Hasar xəttin üzərinə aşıb (FOTO)


Digərləri 05 Noy 2019 16:20:00 308 0

Türkan qəsəbəsi qazsız qalıb - Hasar xəttin üzərinə aşıb (FOTO)

Xəzər rayonu Türkan qəsəbəsində güclü küləyin aşırdığı hasar 57 mm diametrində qaz xəttini qırıb.

Bakı. Samir Əli - Xəzər rayonu Türkan qəsəbəsində güclü küləyin aşırdığı hasar 57 mm diametrində qaz xəttini qırıb. “Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, baş verən qaz sızmasının aradan qaldırılması üçün 1000 dən çox abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb. Təqribən saat 17 radələrində qazın verilişinin bərpası nəzərdə tutulub.