Bakıda Aİ ilə viza rejiminin sadələşdirilməsi məsələləri müzakirə olunacaq


Digərləri 05 Noy 2019 14:05:00 241 0

Bakıda Aİ ilə viza rejiminin sadələşdirilməsi məsələləri müzakirə olunacaq

Azərbaycan-Avropa İttifaqı birgə komitəsinin növbəti iclasında viza rejiminin sadələşdirilməsi məsələləri müzakirə olunacaq

Bakı. Mətanət Nəsibova - Azərbaycan-Avropa İttifaqı birgə komitəsinin növbəti iclasında viza rejiminin sadələşdirilməsi məsələləri müzakirə olunacaq. Bunu Trend-ə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin sosial-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Daniilidis deyib. O bildirib ki, iclas noyabrın 6-da Bakıda keçiriləcək. Xatırladaq ki, Azərbaycan və Aİ sentyabr ayında readmissiya üzrə birgə komitənin iclasını keçirmişdi. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin