Satışda keyfiyyətsiz şprislər var?


Digərləri 05 Noy 2019 13:25:00 248 0

Satışda keyfiyyətsiz şprislər var?

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) müxtəlif kütləvi informasiya vasitələrində keyfiyyətsiz şprislərin dövriyyəyə buraxılması barədə yayılan məlumatlara münasibət bildirib.

Son.az xəbər verir ki, Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, AEM-ya standartlara uyğun olmayan şiprislərlə bağlı şikayət daxil olmayıb:

"Tövsiyə edilir ki, vətəndaşların hər hansı şikayəti yarandığı təqdirdə qurumun "Qaynar xətt" nömrələrinə (012 596 07 12, 012 594 57 27, 012 594 57 37) zəng edərək, email ünvanına ([email protected]) yazaraq və ya AEM-in "Bir Pəncərə" xidmətinə yaxınlaşaraq şikayətini bildirsinlər. Hər bir şikayət dərhal araşdırılacaq".