Facebook yeni loqotipini təqdim etdi FOTO


Digərləri 05 Noy 2019 11:40:00 224 0

Facebook yeni loqotipini təqdim etdi  FOTO

Dünyanın ən böyük sosial şəbəkəsi olan "Facebook" loqotipini dəyişib. Ancaq qeyd edək ki, sosial şəbəkənin rəsmi loqotipi əvvəlki kimi görünəcək.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Mark Zukerberqin korporasiyasının yeni loqotipində bütün hərflər böyük hərflə yazılıb və şrift xüsusi hazırlanıb. Buna baxmayaraq, yeni loqotip çox adi görünür.

Yeni loqonun gif versiyasında "Facebook" sosial şəbəkəsinə daxil olan "Instagram", "WhatsApp", "Osulus" və digər şirkətlərin rəng çalarları görünür. Belə ki, burada mavi ("Facebook"un özü), göy qurşağının narıncı-bənövşəyə çalarları ("Instagram"), yaşıl ("WhatsApp") rənglər diqqət çəkir.

Rəsmi olaraq, yeni loqotip yaxın gələcəkdə sənədləşmə və marketinq materiallarında da istifadə olunmağa başlanacaq.

(adsgarden = window.adsgarden || []).push({});