Samir Şərifov: 2020-ci ildə Azərbaycanın dövlət büdcəsində sosial təminatla bağlı əhəmiyyətli artım olacaq


Digərləri 05 Noy 2019 11:42:00 220 0

Samir Şərifov: 2020-ci ildə Azərbaycanın dövlət büdcəsində sosial təminatla bağlı əhəmiyyətli artım olacaq

Əhalinin sosial təminatının yaxşılaşdırılması ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən bir sıra mühüm addımlar atılıb.

Bakı. Əhalinin sosial təminatının yaxşılaşdırılması ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən bir sıra mühüm addımlar atılıb. Bu işlər 2020-ci ildə də davam etdiriləcək. Trend-in məlumatına görə, bu sözləri Maliyyə naziri Samir Şərifov noyabrın 5-də Milli Məclisdə 2020-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib. Nazir bildirib ki, növbəti ildə büdcədə sosial təminatla bağlı əhəmiyyətli artım olacaq. 2020-ci ildə dövlət büdcəsindən maliyyələşən təşkilatlar da daxil olmaqla, əməkhaqlarının artımı gözlənilir.