Bakıda "Mercedes" dayanacağa çırpıldı


Digərləri 05 Noy 2019 11:17:00 205 0

Bakıda "Mercedes" dayanacağa çırpıldı

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, qəza Binəqədi rayonunda qeydə alınıb.

Yağışlı havada idarəetməni itirən "Mercedes" markalı minik avtomobili yol kənarındakı dayanacağa çırpılıb. Qəza nəticəsində avtomobil və dayanacaq yararsız hala düşüb.

Hadisə nəticəsində sürücünün xəsarət aldığı bildirilir.