Ukrayna NATOya üzv olacaq


Dünya 05 Noy 2019 10:45:00 262 0

Ukrayna NATOya üzv olacaq

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın Şimali Atlantika Alyansına üzv olacağına dair söz verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu bəyanatla o, "1+1" telekanalına müsahibəsi çərçivəsində çıxış edib. 

"Ukraynann NATO-ya üzvlüyü ilə bağlı bütün müttəfiqlər razılığa gəlib", - o bildirib.

Baş katibin sözlərinə görə, Çernoqoriya, Şimali Makedoniya, Polşa və Baltika ölkələri NATO-ya üzv olmalarını təsəvvürlərinə belə gətirmirdilər, ona görə də bu, Ukrayna üçün də mümkünsüz deyil.