Avtomobil almaq istəyənlərin nəzərinə


Digərləri 05 Noy 2019 10:50:00 243 0

Avtomobil almaq istəyənlərin nəzərinə

Avtomobil dünyasında tork və at gücü sözləri çox vaxt eyniləşdirilir. Lakin onlar tamamilə fərqli anlayışlardır.

Son.az hər iki anlayış barədə qısa məlumatı təqdim edir:

İndiki dövrdə avtomobilləri tərifləmək üçün istifadə olunan at gücü ifadəsinin qədim tarixi var. At gücü (ingilis dilində HorsePower (HP)) anlayışını ilk dəfə 1872-ci ildə Ceyms Uatt işlədib. Həmin dövrlərdə nəqliyyat vasitəsi kimi atlar istifadə olunduğuna görə o, ixtira etdiyi buxarlı maşınları satmaq üçün avtomobilin gücünü atlarla müqayisə edib. Bununla da, at gücü ifadəsi geniş yayılmağa başlayıb və hazırda da istifadə olunur. 1 at gücü 75 kiloqramlıq ağırlığı olan yükü 1 saniyədə 1 metr yuxarı qaldıra bilməkdir.

Tork isə avtomobilin mühərrikindən təkərə ötürülən itələmə qüvvəsidir. Buna, həmçinin dövrə qüvvəsi də deyilir. Tork avtomobilin gücü ilə birbaşa əlaqəli deyil. At gücü çox olan avtomobilin torku zəif ola bilər. Tork, əsasən, traktor, avtobus və yük avtomobilində yüksək olur. Bu da sözügedən avtomobillərin ağır yükləri rahat daşıya bilməsi üçündür.

(adsgarden = window.adsgarden || []).push({});