Bədii gimnastlarımız Belçikadan qızıl medallarla qayıdıb


Digərləri 05 Noy 2019 10:02:00 211 0

Bədii gimnastlarımız Belçikadan qızıl medallarla qayıdıb

31 oktyabr – 3 noyabr tarixlərində Belçikanın Gent şəhərində bədii gimnastika üzrə ənənəvi “Happy Cup” adlı beynəlxalq turnir keçirilib.

Bakı. 31 oktyabr – 3 noyabr tarixlərində Belçikanın Gent şəhərində bədii gimnastika üzrə ənənəvi “Happy Cup” adlı beynəlxalq turnir keçirilib. Azərbaycan Gimnastika Federasiyasından Trend-ə bildirilib ki, bu turnirdə ölkəmizi Fatimə Əkbərova, Gövhər İbrahimova, Kamilla Seyidzadə, Mədinə Dəmirova, Kamilla Əliyeva, Alina Gözəlova və Məryəm Əliyeva təmsil edib. Gimnastlarımız arasında ən yaxşı nəticəni 2009-cü il təvəllüdlü gimastların yarışında çıxış edən Gövhər göstərib. O, həm çöxnövçülükdə, həm də iplə kompozisiyasına görə qızıl medal qazanıb. Bu yaş qrupunda yarışan Məryəm Əliyeva isə çoxnövçülükdə 6-cı yeri tutub. Növbəti qızıl medalların sahibi Kamilla Seyidzadə olub. O, 2007-ci il təvəllüdlü gimastlar arasında fərqlənərək, həm çoxnövçülük, həm də topla fəxri kürsünün 1-ci pilləsinə yüksəlib. Bu yaş qrupunda çıxış edən digər gimnast Mədinə çoxnövçülükdə 12-ci olub.