Azərbaycanda həkimlərin işə qəbulu üçün yeni qaydalar hazırlanır


Digərləri 05 Noy 2019 09:05:00 338 0

Azərbaycanda həkimlərin işə qəbulu üçün yeni qaydalar hazırlanır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həkimlərin işə qəbulu üçün yeni qaydalar hazırlayır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Agentlikdən məlumat verilib ki, hazırda qaydalar layihəsi üzərində iş aparılır. Sənəd təsdiq edildikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, hazırda həkimlərin mərkəzləşdirilmiş şəkildə işə qəbulu Səhiyyə Nazirliyi tərəfindən aparılır.

Gələn il yanvarın 1-dən ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi nəzərdə tutulub.