Shazamın hər kəsi ruhlandıracaq quruluş hekayəsi


Digərləri 05 Noy 2019 08:15:00 237 0

Shazamın hər kəsi ruhlandıracaq quruluş hekayəsi

Shazam smartfonlar üçün yaradılmış bir tətbiqdir. Ətrafda səslənən mahnının adını və onu kimin ifa etdiyini müəyyənləşdirmək üçün yaradılmış tətbiq 1999 - cu ildə Mukherjee, Chris Barton, Philip Inghelbrecht və Avery Wang tərəfindən hazırlanıb. Tətbiq üçün audio analiz proqramı hazırlayan mühəndislərin layihəsi hər hansı bir mahnını tanımaq üzrə kodlaşdırılmışdı, lakin 1999 - cu ildə xidmətlərini fərqli şəkildə təklif edirdilər.

Son.az banco.az-a istinadən bildirir ki, Dhiraj Mukherjee Shazam-ın təsisçilərindən biridir. Şirkətin hazırki vəziyyətinə çatana qədər keçdiyi çətin günlərin hamısında orada olan sahibkar uzaqgörən düşüncəyə sahib olmağın hər zaman sizə fayda gətirəcəyininin canlı sübutudur.

"Bu gün belə insanlar "Necə də yaxşı fikirdir" deyirlər. Şirkətimizi qurarkən irəli sürdüyümüz fikir zamanından çox irəli idi. Odur ki, bu vəziyyətin bizim üçün üstünlükləri olduğu kimi mənfi tərəfləri də oldu. Hətta bizə yaratdığı problemləri də nəzərə almaya bilmərik."

Təqdimat mərasimi 2002 - ci ildə həyata keçirilən Shazam-ın daxili yaddaşında 1 milyon mahnı qeyd olunmuşdu. Mahnının və ya sənətçinin adını öyrənmək üçün dinlətdiyiniz zaman sistem 15 saniyə ərzində lazımi məlumatları hazır edirdi. Hazırda isə həmin müddət sadəcə 2 saniyə təşkil edir. İnterfeysi də təkmilləşdirilən tətbiq artıq 30 milyon mahnı içərisindən axtardığınızı tapa bilir. Həmçinin mahnıların remix versiyalarını ayırd edə bilir, axtardığınız mahnının cover - i varsa, onu da təqdim edir. Hətta tətbiqdən istifadə etdiyiniz yer olduqca səs-küylü olsa belə, arzu etdiyiniz nəticəni əldə edə bilirsiniz.

Bəs, 90 - cı illərin sonunda bunu necə edirdi?

O illərdə hələ həyatımızda ağıllı telefonlar, çeşidli tətbiqlər, iTunes yox idi. Shazam-dan istifadə etmək üçün bir nömrəyə zəng vurmağınız tələb edilirdi. Telefonun dəstəyini səslənən musiqiyə (həmin illərdə adətən radioya) yaxınlaşdırır və gözləyirdiniz. Bir müddət sonra isə sistem sizə həmin mahnıya dair məlumatları əks etdirən ismarıc göndərirdi. Düzdür, bir az uzun prosess olsa da, Shazam - ın hazırlanmasında istifadə edilən texnologiya zamanından çox irəli idi, həm də proqramın təklif etdiyi xidmət təsisçilərinin necə uzaqgörən olduqlarını sübut edirdi.

"Aparılan araşdırmalar mobil telefonlar vasitəsilə insanların internetə çıxış imkanı əldə edə biləcəklərini göstərirdi, ancaq belə bir texnologiya hələ reallaşmamışdı",deyən təsisçilər sözlərinə belə davam edirlər: "Gözlədiyimiz texnologiyanın reallaşması uzun illərə başa gəldi. İşimizi daha yüksək səviyyəyə çatdırmaq üçün ağıllı telefonların ixtira edilməsini gözləyirdik, hər il daha da səbirsizliklə. Təbii ki, gələcəkdə iPhone smartfonlarının bazara çıxarılacağını, insanlar arasında populyarlaşacağını proqnozlaşdırdığımızı iddia etmirəm, ancaq ağıllı telefonların kəşfi ilə bizim proqramın da daha böyük uğur əldə edəcəyinə əmin idik."

(adsgarden = window.adsgarden || []).push({});